Azərbaycan bu yay daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək.
Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, avqustun 27-dən 29-dək Bakıda çimərlik güləşi üzrə 2 beynəlxalq turnir keçiriləcək.
Avqustun 27-də paytaxtımızda U-17 dünya çempionatı baş tutacaq. Növbəti 2 gündə isə böyüklər arasında Dünya Seriyasının IV mərhələsi təşkil ediləcək. Hər iki yarış ölkəmizdə ilk dəfə reallaşır.
Xatırladaq ki, Bakıda iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U-17 dünya çempionatı baş tutacaq.
visiontv.az