Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Ukrayna 2028-2029-cu illərdə təhvil verilməsi nəzərdə tutulan 16 ədəd Rafale qırıcı təyyarəsi sifariş edib. O, Ukrayna prezidenti Volodimir Zelenski, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın baş naziri Kir Starmerlə birgə mətbuat konfransında bu haqda danışıb.
Radio Svoboda” yazır ki, Ukrayna həmçinin öz ərazisində Aster-30, SCALP-EG və AASM silah sistemlərinin istehsalı üçün lisenziyalar alacaq.
Volodimir Zelenski Parisdə keçirilən "İstəklilər Koalisiyası"nın toplantısında "Fremya" adlı antiballistik sistemi və ukraynalı mütəxəssislərin onun üçün hazırladığı raketləri təqdim edib. Ukrayna prezidentinin sözlərinə görə, bu sistem ilk dəfə 2026-cı ilin sonunadək istifadə oluna bilər.
Makron bildirib ki, Kiyevin müttəfiqləri Ukrayna ilə həmsərhəd ölkələrdə hərbi təlimlərə başlamaq barədə razılığa gəliblər. Məqsəd Rusiya ilə atəşkəs əldə olunacağı halda yerləşdirilə biləcək çoxmillətli qüvvələrin hazırlanmasıdır.
visiontv.az