İranla qarşıdurmanın gərginləşdiyi bir zamanda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərq səmasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcılarının havada yanacaq doldurulmasını əks etdirən video yayımlayıb.
Paylaşılan görüntülərdə KC-135 tanker təyyarəsinin patrul uçuşu həyata keçirən F-35 qırıcılarına havada yanacaq ötürdüyü əks olunub.
CENTCOM paylaşımında bu əməliyyatın Yaxın Şərqdə ABŞ qüvvələrinin fasiləsiz fəaliyyətini və əməliyyat hazırlığını təmin edən rutin hava dəstəyi missiyalarının bir hissəsi olduğu vurğulanıb.
visiontv.az
İran Trampın Yaxın Şərqdəki daşınmaz əmlakını zərbələr üçün qanuni hədəf kimi təsvir edib
Qarşılıqlı raket və dron zərbələri davam edir: Diplomatiya qapısı da hələ tam bağlanmayıb