FHN qoşqusunda 31 ton dizel olan avtomobildə yanğının qarşısını alıb - VİDEO
15.07.2026

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanacaq daşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in  Mətbuat  xidmətindən  bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət  Yanğından Mühafizə  Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qoşqusunda otuz bir ton dizel yanacağı olan “Mercedes” markalı avtomobilin kabinə hissəsində baş vermiş yanğın yanacaq çəninə keçməsinə və ağır fəsadlar törətməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin kabinə hissəsi yanıb.

Xəsarət alan olmayıb.

Avtomobilin qoşqusunda olan yanacaqla dolu yanacaq çəni yanğından mühafizə olunub.

visiontv.az