Suriya İranın "Hizbullah"a göndərdiyi silah yükünü ələ keçirib
19.07.2026

Suriya hakimiyyəti İranın dəstəklədiyi Livanın "Hizbullah" hərəkatına göndərilməsi nəzərdə tutulan qabaqcıl silah və raketlərdən ibarət yükü Suriya-İraq sərhədini keçərkən ələ keçirib.

Bu barədə Suriyanın Daxili İşlər Nazirliyindəki mənbə dövlət xəbər agentliyi SANA-ya bildirib.

Mənbənin sözlərinə görə, ilkin araşdırmalar silah yükünün Suriya ərazisindən tranzit keçməklə "Hizbullah"a çatdırılması üçün nəzərdə tutulduğunu göstərib.

visiontv.az