Məhəmmədbaqir Qalibafın müşaviri Mehdi Məhəmmədi açıqladı:
"20 ildən artıqdır ki, İranin əsas ərzaq məhsullarını Amerikanın Cargill və Bunge Global şirkətlərindən alırıq."
Bu açıqlama İranın ərzaq təminatının uzun illərdir bu iki nəhəng ABŞ şirkətdən asılı olduğunu bir daha üzə çıxardı.
Cargill və Bunge kimdir?
Cargill ABŞ-ın ən böyük özəl şirkətlərindən biridir. 1865-ci ildə yaradılıb və bu gün taxıl, heyvan yemi, ət sənayesi, logistika və qlobal ərzaq ticarətində aparıcı mövqeyə malikdir.
Bunge Global isə dünyanın ən qədim kənd təsərrüfatı ticarəti şirkətlərindən biridir. Hazırda səhmləri Nyu-York Fond Birjasında dövriyyədədir və soya, bitki yağları və yağlı toxum məhsullarının əsas təchizatçılarından hesab olunur.
Hər iki şirkət ADM və Louis Dreyfus ilə birlikdə dünya taxıl ticarətinin böyük hissəsinə nəzarət edən ABCD qrupunun üzvləridir.
İranın asılılığı
İran hər il təxminən 16 milyard ABŞ dolları dəyərində əsas ərzaq məhsulları idxal edir. Bu idxalın böyük hissəsi Cargill və Bunge Global vasitəsilə həyata keçirilir.
Bu isə o deməkdir ki, buğda, qarğıdalı, soya, heyvan yemi və nəticədə toyuq, yumurta, ət və süd məhsullarının istehsalı böyük ölçüdə həmin şirkətlərdən asılıdır.
2018-ci ildə Donald Tramp administrasiyasının "maksimum təzyiq" siyasəti dövründə Cargill və Bunge Global İranla yeni müqavilələrin bağlanmasını faktiki olaraq dayandırdı. Bundan sonra İran elə bu şirkətlərdən alışlarını dolayı yollar və vasitəçi şirkətlər vasitəsilə həyata keçirməyə başladı.
İranda radikal cəryanlar isə utanmadan iddia edirlər ki, ABŞ ilə hər hansı ticarət Müctəba Xamneinin "qırmızı xətti" olaraq qalacaq və İran imperializm qarşısında təslim olmayacaq.
visiontv.az