Türkiyədə müəmmalı hadisə: Malatyada dağın başındakı mağarada insan sümükləri tapıldı
08.07.2026

Türkiyədə Malatya bölgəsində dağın başındakı mağarada insan sümükləri tapılıb.

Bu barədə  Visiontv.az  İHA-ya istinadən xəbər verir. 

Əldə edilən məlumata görə, Malatya Vilayət Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin qrupları illər əvvəl yoxa çıxan şəxslə bağlı əhali arasında Ansır mağaraları kimi tanınan ərazidə axtarış aparıblar. AFAD (Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi), UMKE (Ulusal Medikal Kurtarma Ekibi - Milli Tibbi Xilasetmə Qrupu) və təhlükəsizlik əməkdaşlarının dəstək verdiyi axtarışlar zamanı təxminən 1 250 metr yüksəklikdə yerləşən mağarada insan sümükləri aşkarlanıb. Sümüklər şəxsiyyətinin müəyyənləşdirilməsi üçün Məhkəmə Tibb Qurumuna göndərilib.

Sümüklərin kimə məxsus olduğu müəyyən edildikdən sonra əldə olunan nəticələrə əsasən, istintaqın istiqamətinin dəqiqləşəcəyi gözlənilir.

Hadisə ilə bağlı genişmiqyaslı araşdırma davam edir.

visiontv.az