Azad edilmiş ərazilərdə daha 44 mina, 259 PHS aşkarlanıb
06.07.2026

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ötən həftı (29.06.2026-05.07.2026) icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə  Agentliyindən (ANAMA)  verilən məlumata görə, işğaldan azad edilmiş bölgələrdə ötən həftə 23 piyada əleyhinə mina, 21 tank əleyhinə mina, 259 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2 333, 3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

visiontv.az