Bakıda obyektdən 10 min manatlıq naqil oğurlanıb
03.07.2026

Nəsimi rayonunda yerləşən obyektlərin birindən 10 min manat dəyərində elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Tərlan Əhmədzadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun oğurladığı elektrik naqillərini metal qəbulu məntəqəsinə satdığı müəyyən olunub.

Araşdırmalar davam etdirilir.

visiontv.az