İspaniyadan Donald Trampın xəbərdarlığına cavab
08.07.2026

İspaniya hökuməti krallıq və ABŞ arasında ikitərəfli münasibətlərin hər iki ölkə üçün faydalı olduğunu xatırladıb.

Visiontv.az  "El País"ə istinadən xəbər verir ki, bu barədə rəsmi  Madriddən Donald Trampın  ABŞ-nin İspaniya ilə ticarəti dayandırmaq istəməsinə dair bəyanatlarını şərh edilərkən bildirilib.

Qeyd edilib ki, İspaniya hakimiyyəti D.Trampın sözlərini sakit qarşılayır.

"Ölkəmizin  ABŞ  ilə gözəl sosial, mədəni və iqtisadi əlaqələri var və biz bunun dəyişməsinə imkan vermək niyyətində deyilik. ABŞ-nin İspaniya ilə ticarət profisiti var", - deyə bəyanatda bildirilib.

Rəsmi Madrid həmçinin xatırladıb ki, Aİ (Avropa İttifaqı) ticarət ittifaqıdır və burada hər hansı bir dövləti ayırmaq olmaz.

"ABŞ və İspaniya arasında ikitərəfli münasibətlər həm ticarət, həm də müdafiə sektorlarında hər iki ölkə üçün faydalıdır", - deyə krallıq hökuməti əlavə edib.

visiontv.az