Terror barədə yalan məlumat verməkdə təqsirləndirilən şəxsə hökm oxunub
16.02.2026

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan və Azərbaycanda terror barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Vitaliy Zabolotskinin barəsində başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Vitaliy Zabolotski 6 il müddətinə azadlıqdan məhrum edilib. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Vitaliy Zabolotskiy Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona AR Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb.

visiontv.az