İsrailin baş naziri Benyamin Netanyahu ABŞ ilə İran arasında mümkün razılaşmaya “çox skeptik” yanaşdığını bildirib və “İranlılar yalan danışır” fikrini səsləndirib.
Netanyahu ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdən sonra Qüdsdə Amerika Yəhudi Təşkilatları Prezidentlərinin illik konfransında çıxış edərək deyib ki, danışıqların əsas mövzusu İran məsələsi olub. Onun sözlərinə görə, Tramp Tehran rəhbərliyinin bu dəfə razılaşma əldə etmək istədiyini düşünür, lakin o, İranın səmimiyyətinə ciddi şübhə edir.
Baş nazir qeyd edib ki, hər hansı razılaşma İran ərazisindən bütün zənginləşdirilmiş uranın çıxarılmasını, zənginləşdirmə infrastrukturunun tam sökülməsini, ballistik raketlərin mənzilinin 300 kilometrlə məhdudlaşdırılmasını və İranın regiondakı proksi qüvvələrinin ləğvini nəzərdə tutmalıdır.
Netanyahu Qəzza ilə bağlı isə bildirib ki, İsrail Trampın planına şans verəcək, lakin HƏMAS-ın tərksilah olunması müzakirə mövzusu deyil və Qəzza bir daha təhlükə mənbəyinə çevrilməməlidir.
visiontv.az