Tehran və Vaşinqton arasında Cenevrədə keçiriləcək növbəti danışıqlar ərəfəsində İran rəsmiləri ABŞ-la iqtisadi maraqlar üzərində qurulan nüvə razılaşmasına hazır olduqlarını bildiriblər.
Reuters xəbər verir ki, İran tərəfi neft-qaz sahəsi, birgə yataqlar, mədən investisiyaları və hətta təyyarə alışı kimi mövzuların müzakirə masasında olduğunu açıqlayıb. Rəsmilər razılaşmanın hər iki tərəf üçün sürətli iqtisadi gəlir gətirməli olduğunu vurğulayıblar.
Bu açıqlamalar ABŞ-ın bölgəyə əlavə aviadaşıyıcı göndərməsi və mümkün hərbi əməliyyat ehtimalı fonunda səsləndirilib. Vaşinqton eyni zamanda İranın neft ixracına, xüsusilə Çinə satışına təzyiqi artırmağı nəzərdən keçirir.
Müşahidəçilərə görə, Tehran artan hərbi və iqtisadi təzyiq qarşısında güzəşt siqnalları versə də, uranın zənginləşdirilməsi məsələsi əsas mübahisə olaraq qalır.
visiontv.az