ABŞ -İran danışıqları müsbət nəticə verməyəcək
16.02.2026

Cenevrədə keçiriləcək ABŞ - İran danışıqlarının müsbət nəticə verməsi gözlənilmir. İran prezidenti danışıqlarda və razılığın əldə edilməsində maraqlıdır. Amma, Ali dini rəhbər və SEPAH öz mövqeyindən geri çəkilmir. Həm ABŞ həm də, İran danışıqların nəticə verməyəcəyinin fərqindədir.

Məhz buna görə ABŞ İran ətrafına uzun müddətli hərbi əməliyyatlar üçün qoşunlarını toplayır. İranda vaxt qazanaraq Çindən havadan müdafiə sistemləri və müasir qırıcılar alır. Hər iki tərəf danışıqlar aparsa da, müharibəyə hazırlaşır.

İran şahının oğlunun hakimiyyətə gəlməsi isə mümkün deyil. Sadəcə ABŞ və İsrail ondan İran rejiminə qarşı siyasi və psixoloji təzyiq kimi istifadə edir. İran hakimiyyətidə bilir ki, R. Pəhləvini İran xalqı qəbul etməz. İran xalqı bir rejimdən qurtarıb, digər rejimə keçməz.

Qeyd edim ki, ABŞ İranla müəyyən şərtlərlə razılığa gedə bilər. Amma, İsrail faktoru D. Trampı çətin vəziyyətə salır.

Məhəmməd Əsədullazadə

visiontv.az