Ötən ay Azərbaycandan Ermənistana 2.4 mln. dollar dəyərində məhsul ixrac edilib
16.02.2026

2026-cı ilin yanvar ayında Azərbaycan Ermənistana 2 milyon 403,6 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

APA-Economics” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, Azərbaycanın ümumi ixracının 0,11%-ni təşkil edib.

Qeyd edək ki, Azərbaycandan Ermənistana ötən ildən neft məhsullarının göndərilməsinə başlanılıb.

visiontv.az