SEPAH "Əl-Furqan"a qarşı əməliyyat keçirib
28.02.2026

SEPAH, Təhlükəsizlik Nazirliyi və polis qüvvələri Sistan və Bəlucistan əyalətində geniş əməliyyat keçirib.

Bu barədə İran mediası məlumat yayıb.

Əməliyyat nəticəsində xarici ölkələrə bağlı olduqları iddia edilən 3 silahlı şəxs öldürülüb, 8 nəfər isə həbs edilib. Həmin şəxslərin bundan əvvəl Kirman əyalətində terror əməliyyatında iştirak etdikləri bildirilib.

Qruplaşma üzvlərində RPG-7-lər, gecəgörmə kameraları ilə təchiz olunmuş M4 tüfəngləri, “Kalaşnikov” avtomatı və tapançalar da daxil olmaqla, çoxlu sayda silah aşkar edilib.

Yerli mənbələr əməliyyatın bəlucların silahlı qruplaşması olan "Əl-Furqan"a qarşı keçirildiyini bildiriblər.

visiontv.az