Güney Azərbaycanın təbiət abidəsi beynəlxalq qeydiyyata alına bilər
27.02.2026

Ərdəbil əyalətində Savalan dağı ətəyində yerləşən Şirvan dərəsi təbiət abidəsi YUNESKO-da qeydiyyatdan keçə bilər.

Bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, geoloji xüsusiyyətlərinə görə təbii park olmaq potensialına malik olan təbiət abidəsninin rəsmi qeydiyyata alınması üçün sənədlər YUNESKO-a göndərilib.

"Qeydiyyat baş tutarsa, bu, bölgənin turizm sahəsinin inkişafına xüsusi təkan verəcək, əyalətin iqtisadiyyatının inkişafına səbəb olacaq",- məlumatda bildirilib.

Qeyd edək ki, şirvan dərəsi, Ərdəbil əyalətində, meşkinşəhr (xiyav) şəhəri yaxınlığında yerləşən, uzunluğu təxminən 25 kilometr olan tarixi və təbii ərazi, zəngin tarixi-coğrafi məkandır.

visiontv.az