ABŞ-ın Ohayo ştatından Demokrat Nümayəndələr Palatasının üzvü Qreq Lendsman bildirib ki, ABŞ və onun müttəfiqləri İranın müəyyən obyektlərinə qarşı zərbələr endirməli ola bilər.
Bu barədə "Jewish Insider" nəşri məlumat yayıb.
“Əgər konkret hədəflərə yönəlmiş, müdafiə xarakterli zərbələr zəruridirsə və bu zərbələr uğurlu olarsa, müharibə və daha geniş zorakılıq ehtimalı azalar. Hamımızın istədiyi də budur: bu rejimin onilliklər boyu davam edən qan tökmə və xaosuna son qoymaq. Biz rejimin zərər vurmaq imkanlarını zəiflətmək üçün işləməyə davam etməliyik,” – deyə Lendsman bildirib.
O, insanların həyatını qorumaq üçün ballistik raketlərə, raket infrastrukturuna, silah anbarlarına və nüvə obyektlərinə qarşı müdafiə tədbirlərinin zəruri ola biləcəyini vurğulayıb.
visiontv.az