ABŞ-ın İsraildəki səfiri: “İranlılar gərginliyin artmaması üçün nə etməli olduqlarını bilirlər”
28.02.2026

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, İran gərginliyi sülh yolu ilə həll etmək üçün hansı addımları atmalı olduğunu bilir.

“Əgər iranlılar bunu sülh yolu ilə həll etmək istəyirlərsə, nə etməli olduqlarını bilirlər,” – deyə Hakabi Ynet-ə müsahibəsində bildirib və Vaşinqtonun mövqeyini bir daha təkrarlayaraq vurğulayıb ki, istənilən razılaşma “zənginləşdirmə yoxdur, nüvə silahı yoxdur” prinsipi üzərində qurulmalıdır. O əlavə edib ki, narahatlıqlar təkcə İranın nüvə proqramı ilə məhdudlaşmır, həmçinin onun raket proqramı və regiondakı fəaliyyəti də diqqət mərkəzindədir.

Danışıqların davam edib-etməyəcəyi ilə bağlı suala cavab verən Hakabi bildirib ki, nəticə Tehrandan asılıdır. “Bilmirəm. Bu, onların danışıqlar masasına nə ilə gələcəyindən asılıdır,” – deyə o qeyd edib.

“Ümid edək ki, iranlılardan məntiqli yanaşma görəcəyik,” – deyə o əlavə edib. “Amma 47 ildir biz hələ də gözləyirik.”

visiontv.az