Pezeşkian: "ABŞ ilə danışıqlarda uğurlu perspektiv görürük"
28.02.2026

İran prezidenti Məsud Pezeşkian ABŞ ilə aparılan dolayı danışıqlarla bağlı nikbin açıqlama verib.

O, Mazandaran əyalətinə səfəri zamanı iş adamları ilə görüşdə bildirib ki, Tehran xarici siyasət istiqamətində fəal iş aparır və qonşu ölkələrlə münasibətlər yaxşılaşıb.

Pezeşkian Cenevrədə İran və ABŞ arasında keçiriləcək dolayı danışıqlara toxunaraq deyib:

“Danışıqlar sahəsində yaxşı perspektivlər görürük. Xarici işlər naziri Abbas Əraqçı Cenevrədə keçiriləcək növbəti görüşdə iştirak edəcək. Proses ali liderin rəhbərliyi altında idarə olunur və məqsəd ölkəni «nə müharibə, nə də sülh» vəziyyətindən çıxarmaqdır”.

Pezeşkian əlavə edib ki, əgər danışıqlar uğurla nəticələnərsə, mövcud maneələrin aradan qaldırılması daha asan olacaq.

visiontv.az