Rusiya nüvə silahı ilə bağlı sözlərlə oynayır
27.02.2026

Ukrayna prezidenti deyib ki, Rusiya döyüş meydanında uğur qazana bilməyəndə Ukraynada guya “nüvə silahı” axtarmağa başlayır - halbuki belə silah mövcud deyil.

Onun fikrincə, Moskvanın bu cür açıqlamaları siyasi təzyiq elementi, həmçinin beynəlxalq və üçtərəfli danışıqlara hazırlıqdır. Bu, eyni zamanda Avropada “nüvə çətiri” ilə bağlı müzakirələrə reaksiyadır.

Zelenski vurğulayıb: “Belə ritorika son dərəcə təhlükəlidir, çünki Rusiya nüvə silahı ilə bağlı sözlərlə oynayır və ümid edirəm ki, buna digər ölkələr, ilk növbədə nüvə dövlətləri reaksiya verəcək. Məncə, ilk növbədə ABŞ Rusiyaya müvafiq siqnal verə bilər”.

Ukrayna prezidentinin mövqeyi ilə Norveçin baş naziri Yonas Qar Störe də razılaşıb.

O bildirib: “Nüvə silahının tətbiqi ilə bağlı istənilən hədələr qəbuledilməzdir və bu, son dərəcə aydın şəkildə bəyan olunmalıdır”.

visiontv.az