Ağ Ev İrana mümkün hücumu nəzərdən keçirir
28.02.2026

ABŞ administrasiyası İrana qarşı mümkün hərbi əməliyyat variantlarını müzakirə edir. Bununla bağlı, “Politico” nəşri məlumat yayıb.

Bildirilib ki, ABŞ prezidenti Donald Trampın bəzi müşavirləri əvvəlcə İsrailin İrana hücum etməsini daha məqsədəuyğun hesab edirlər. Onların fikrincə, belə bir ssenari Vaşinqtonun mümkün hərbi müdaxiləsi üçün daha əlverişli vəziyyət yarada bilər.

Məlumata əsasən, İsrailin hücumu İrandan cavab zərbəsi ilə nəticələnərsə, bu, ABŞ-nin hərbi əməliyyatına dəstəyi artıra bilər. Mənbələrdən birinin sözlərinə görə, administrasiya daxilində belə bir yanaşma mövcuddur ki, “əgər israillilər əvvəlcə hərəkətə keçsələr və İran cavab versə, siyasi vəziyyət dəyişə bilər”.

Hazırda Ağ Ev İranın nüvə obyektləri və ballistik raket infrastrukturuna yönəlmiş mümkün hərbi variantları dəyərləndirməyə davam edir.

visiontv.az