Sadə insanlara qaynadılmış yumurta və kartof, “müqəddəs” hesab olunanlar restoran yeməkləri
07.07.2026

Əli Xamneyi üçün təşkil olunmuş yolasalma mərasimində bir daha şahid olduq ki, İran adlanan ölkədə vətəndaşa qarşı təhqiredici münasibət hansı səviyyədədir.

Fars-molla rejimi sadə insanlara qaynadılmış yumurta və kartof təqdim etdiyi halda, özlərini “müqəddəs” və üstün hesab edənlər bahalı restoran yeməkləri və digər dəbdəbəli təamlardan faydalanırlar. Bu utanmaz və vicdansız insanlar hələ bir də iddia edirlər ki, İmam Hüseynin yolunu davam etdirən müsəlmanlardır.

İnsanları yoxsulluq və aclıq içində saxlayan bu terrorçu rejim bir daha nümayiş etdirdi ki, adi vətəndaşları belə nümayiş xarakterli mərasimlərə cəlb etsə də, yenə də onların hüquqlarını tapdalamaqdan, xalqa məxsus olan nemətləri öz mənafeləri naminə istifadə etməkdən əl çəkmir.

Təəssüf ki, bəzi insanlar elə bir psixoloji vəziyyətə düşüblər ki, bu, Stokholm sindromunu xatırladır. Onlar özlərini sıxışdıran, hüquqlarını məhdudlaşdıran və nəzarətdə saxlayan rejimə belə bağlılıq və sədaqət göstərirlər.

Sadiq İsabəyli

visiontv.az