«Ölüm olsun güzəştçiyə» «şərəfsiz, şərəfsiz »
07.07.2026

İran adlanan, ölkədəki qarşıdurmalar getdikcə daha ciddi mərhələyə daxil olur.

Əli Xameneinin dəfn mərasimində Məsud Pezeşkiyan və Abbas Əraqçının iştirak zamanı bir qrup radikal etirazçı onlara qarşı şüarlar səsləndiriblər.

Sosial şəbəkələrdə yayılan videolarda «Ölüm olsun güzəştçiyə» «şərəfsiz, şərəfsiz », «ölüm olsun vətəni sataqn xainlərə » kimi şüarlar səsləndirilib. Hadisə zamanı gərgin anlar yaşanıb və təhlükəsizlik qüvvələri vəziyyətə müdaxilə ediblər.

Hadisə ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar ortaya atılır. Məlumatlara görə etirazçılar Səid Cəlili və Paydarçı cəryanının radiikal tərəfdarları olduğu bildirilir.

Onlar İran ilə ABŞ arasında aparılan danışıqların dayandırılmasını tələb edərək Məsud Pezeşkiyana müraciətlə bildiriblər: «Millət sizi ayaqları altında əzəcək».

Etirazçılar həmçinin «Biz yalnız intiqam istəyirik» və «Tramp öldürülməlidir» kimi şüarlar səsləndiriblər.

Bu hadisə İran daxilində siyasi gərginliyin daha da artdığına işarə edir.

Sadiq İsabəyli

visiontv.az