Rəsmi Kiyev: Rusiyanın ötən gecə Ukraynaya hücumlarında 12 nəfər ölüb
18.08.2026

Rusiya ordusunun ötən gecə Ukraynaya hücumlarında 12 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Bu barədə Ukrayna  Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hücumlar  Xarkov, Zaporojye, Dnepr və Çerniqov regionlarında həyata keçirilib.

Nəticədə mülki infrastruktura ciddi ziyan dəydiyi bildirilir.

“Rusiya Ukrayna şəhərlərini məhv etmək və mülki əhalini hədəfə almaqla bağlı əsl niyyətini nümayiş etdirir. Dünya sadəcə təcavüzü qınamaqla yox, eyni zamanda terrorçu dövləti bütün məntiqli yollarla birdəfəlik dayandırmaqla reaksiya verməlidir”, - Ukrayna  XİN-in bəyanatında vurğulanıb.

visiontv.az