Paşinyan amerikalı konqresmenlə TRIPP layihəsini müzakirə edib
18.08.2026

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeh ilə görüşü zamanı TRIPP layihəsinin icrasının gedişini müzakirə edib.

Visiontv.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Baş nazir həmçinin Ermənistan və  ABŞ arasında münasibətlərin ardıcıl inkişafının vacibliyini və son vaxtlar bu əlaqələrin dinamik xarakter daşıdığını qeyd edib. Paşinyan iki ölkə arasında əlaqələrin həm siyasi, həm də iqtisadi və texnoloji sahələrdə genişlənməyə davam edəcəyinə əminliyini bildirib.

visiontv.az