Səfir: Britaniya və Azərbaycan arasında strateji tərəfdaşlığı gücləndirməyi səbirsizliklə gözləyirəm
18.08.2026

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməkdən böyük şərəf duyduğunu bildirib.

O, bu bərədə “X” hesabında qeyd edib.

“Böyük Britaniya və  Azərbaycan arasında strateji tərəfdaşlığı, iqtisadi əlaqələri və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyi səbirsizliklə gözləyirəm”, - səfir yazıb.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib.

visiontv.az