“Qətər İran əleyhinə koalisiyaya qoşula bilər”
09.02.2026

İranlı siyasi analitik Behnam Qulipur “Əl-Cəzirə” telekanalının reportajına istinad edərək İran və ABŞ arasında mümkün hərbi toqquşma ehtimalının artdığına dair xəbərdarlıq edib.

Qulipur bununla bağlı, “X” hesabında paylaşım edərək bildirib ki, tərəflər arasındakı əlamətlər gərginliyi artırmaq və qarşıdurma niyyətini göstərir. Analitikin sözlərinə görə, Qətər bölgədə İrana qarşı koalisiyaya rəsmi olaraq qoşulan ilk ölkə ola bilər.

“Qətər dünən gecə Dohanın nüvə danışıqlarından kənarlaşdırılmasını tənqid etdi və İranın raket proqramı ilə bağlı narahatlığını açıqlayıb”, - deyə, o, paylaşımında vurğulayıb.

Əl-Cəzirə kanalı hazırda bu mövzu ilə bağlı süjet yayımlayıb və İran-ABŞ münasibətlərində artan gərginliklə bağlı ictimaiyyəti məlumatlandırır.

visiontv.az