İran BƏƏ-yə məxsus neft tankerinin 8 hindistanlı dənizçisini azad etdi
09.02.2026

İran hakimiyyət orqanları dekabr ayından saxlanılan Birləşmiş Ərəb Əmirliklərinə məxsus bir neft tankerinin heyətində olan 16 hindistanlı dənizçidən 8-ni azad edib. Bu barədə Hindistan rəsmiləri məlumat veriblər.

Hindistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, “MT Valiant Roar” adlı tanker ötən ilin dekabr ayının əvvəlində İran İnqilab Keşikçiləri Korpusu tərəfindən BƏƏ-nin Dibba limanı yaxınlığında beynəlxalq sularda saxlanılıb. İran tərəfi gəmini təxminən 6 min ton yanacağın qanunsuz daşınmasında ittiham edib.

Nazirliyin sözçüsü Randhir Caisval bildirib ki, saxlanılan dənizçilərə konsulluq girişi təmin olunub və Hindistan diplomatları onları Bəndər Abbasda ziyarət ediblər. Onun sözlərinə görə, azad edilən 8 nəfər sənədləşmə prosesləri başa çatdıqdan sonra Hindistana qayıdacaq.

Rəsmi şəxs əlavə edib ki, qalan 8 dənizçinin taleyi ilə bağlı İran rəsmiləri ilə danışıqlar davam edir.

visiontv.az