Milli fəalı Səid Dəllaki 27 günlük həbsdən sonra azadlığa buraxılıb
09.02.2026

19 yanvar 2026-cü il cümə günü təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Azərbaycan Milli Hərəkatının fəalı Səid Dəllaki (Odman) 27 günlük həbsdən sonra azadlığa buraxılıb.

Həbsdən bir neçə gün sonra Təbriz həbsxanasına köçürülən Azərbaycanlı fəal azadlığa buraxılıb.

Qeyd edək ki, fəal həbsdə saxlanıldığı müddət ərzində onun həbsinin səbəbləri ilə bağlı heç bir rəsmi izahat verilməyib.

visiontv.az