Bəhreyn Ali Cinayət Məhkəməsində İran İnqilab Keşikçiləri Korpusu (Sepah) ilə əlaqəli terrorçu qrup yaratmaqda ittiham olunan 19 nəfərin işinə baxılıb.
Bu haqda Bəhreyn mediası məlumat yayıb.
Bildirilib ki, övbəti məhkəmə iclası 12 iyul 2026-cı ilə tarxirdə keçiriləcək.
Bəhreyn Prokurorluğu terror cinayətləri ilə bağlı 19 təqsirləndirilən şəxsdən 11-nin həbs olunduğunu, 8-nin isə qaçdığını açıqlaıyıb.
Prokurorun sözlərinə görə, araşdırmalar göstərir ki, bu qrup konstitusiyanı pozmaq, dövlət qurumlarının fəaliyyətinin qarşısını almaq, milli birliyə xələl gətirmək, rejimi dəyişdirmək və İran inqilabının davamı kimi "vilayəti-fəqih" nəzəriyyəsini təbliğ etmək məqsədi ilə yaradılıb.
visiontv.az