İranın təhlükəsizlik rəsmisi: İnfrastrukturumuza hücum olarsa, cavab veriləcək
10.07.2026

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədr bəyan edib ki, ölkənin infrastrukturuna ediləcək istənilən hücum cavabsız qalmayacaq.

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın gərginliyin artacağı təqdirdə İranın elektrik avadanlığı istehsalı müəssisələrinə, elektrik stansiyalarına və duzsuzlaşdırma zavodlarına zərbələr endirməyi nəzərdən keçirdiyini bildirməsindən sonra səsləndirilib.

"İnfrastruktura qarşı istənilən hücum qarşılıqlı cavabla üzləşəcək", – deyə Zülqədr açıqlamasında bildirib.

visiontv.az