Əhərdə qızıl filizinə görə 9 nəfər həbs edilib
10.07.2026

Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində ümumi çəkisi 9 ton olan qızıl filizi aşkarlanaraq götürülüb.

Bu aqda yerli media məlumat yayıb.

Məlumata görə, qızıl filizləri bölgədə olan qızıl mədənləri ətrafında qanunsuz qazıntılar zamanı əldə edilib.

Məsələ ilə bağlı 9 nəfər həbs edilib və onlara məxsus 9 avtomobil müsadirə olunub.

visiontv.az