İranlıların ağlında bir sual qaldı: “Müctəba Xameneyi harada idi?”
10.07.2026

İranda günlərdir davam edən mərhum ali rəhbər Əli Xameneyi ilə vida mərasimlərində milyonlarla insan iştirak etsə də, ölkənin yeni ali lideri Müctəba Xameneyinin ictimaiyyət qarşısına çıxmaması diqqət çəkib.

Mərasimlər zamanı Tehranın küçələri izdihamla dolub, şəhərin müxtəlif nöqtələrində matəm tədbirləri keçirilib. Bununla yanaşı, ictimaiyyət arasında ən çox müzakirə olunan mövzulardan biri Müctəba Xameneyinin mərasimlərdə görünməməsi olub.

Sosial mediada və ictimai müzakirələrdə onun harada olduğu ilə bağlı müxtəlif fərziyyələr irəli sürülür. Bəziləri onun təhlükəsizlik səbəbindən yeraltı bunkerdə olduğunu, digərləri isə gizli hərbi bazaya köçürüldüyünü deyir.

Digər ehtimallara görə isə, Müctəba Xameneyi müalicə alır və ya təhlükəsizlik tədbirləri çərçivəsində ictimaiyyət qarşısına çıxmır.

visiontv.az