İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Arif azərbaycanlı məktəbli qızlarla bağlı fərman verib və onların İranda təhsilinə davam etdirə biləcəklərini bildirib.
O, bu haqda özünün "X" səhifəsində yazıb.
Arif, ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqini "təhsildən məhrum etmə" kimi qələmə verib və vahid məktəbli geyimi ilə razılaşmayanların İranda təhsillərini davam etdirmələrinə şərayit yaradılmasını istəyib:
"İranın Elmlər Nazirliyinin Azərbaycan Respublikasında təhsildən məhrum qalan hicablı qızlarla bağlı dəvətini alqışlayıram;
Hörmətli Səhiyyə və Təhsil nazirlərindən və İslami Azad Universitetinin hörmətli prezidentindən də azərbaycanlı tələbələrin qəbulu və təhsilinin davam etdirilməsi üçün lazımi tədbirləri görmələrini istəyirəm."
Qeyd edək ki, bir neçə gün əvvəl İranın elm və təhsil naziri Hüseyn Simayi Sərraf da oxşar təkliflə çıxış edib.
visiontv.az