İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İranda rejim dəyişikliyi olmadan ölkənin nüvə proqramının yaratdığı təhlükəni aradan qaldırmaq mümkün deyil. Onun sözlərinə görə, İsrailin İranın nüvə infrastrukturu və bu sahədə çalışan mütəxəssislərinə qarşı həyata keçirdiyi əməliyyatlara baxmayaraq, Tehran itirdiyi imkanları bərpa etməyə çalışır.
İranın İsrail üçün yaratdığı təhlükədən danışan Netanyahu deyib: “Ya biz onları məhv edəcəyik, ya da onlar bizi məhv edəcəklər”.
İsrailin baş naziri İranın nüvə proqramını xərçəng xəstəliyinə bənzədərək bildirib ki, ona vurulan zərbələr təhlükənin birdəfəlik aradan qaldırıldığı anlamına gəlmir. Netanyahunun sözlərinə görə, İran hakimiyyəti İsrailin hücumları nəticəsində itirdiyi imkanları bərpa etmək niyyətindədir.
visiontv.az