İran ilk dəfə olaraq orduya məxsus ən yeni pilotsuz uçuş aparatının, eləcə də döyüş və zərbə dronlarının istehsal xəttinin görüntülərini yayımlayıb. Bu barədə İranın dövlət televiziyası məlumat verib.
Yayımlanan kadrlarda ordunun döyüş və zərbə PUA-larının istehsal prosesi əks olunub.
İran Ordusunun baş komandanı briqada generalı Əmir Hatəmi isə ölkənin raket ehtiyatları ilə bağlı açıqlamasında onların azalmadığını bildirib. “Raket ehtiyatlarımız azalmayıb. İstehsal mərkəzlərinin sayını artıra bildik və bu gün kifayət qədər ehtiyatımız var”, – deyə o vurğulayıb.
visiontv.az