“İranla ABŞ arasında yeddi günlük plan üzrə danışıqlar davam edir”
26.10.2026

İranın xarici işlər naziri Abbas Əraqçı İran və ABŞ arasında vasitəçilərin iştirakı ilə danışıqların davam etdiyini bildirib. O, Pakistan və Qətərin də vasitəçilik prosesində iştirak etdiyini qeyd edib.

Əraqçının sözlərinə görə, Tehran daha əvvəl Vaşinqtona “yeddi günlük plan” təqdim edib. Plana əsasən, altıncı gün Hörmüz boğazının tam açılması nəzərdə tutulub.

Nazir bildirib ki, ABŞ tərəfi təklif olunan şərtlərlə razılaşdığını, lakin plana bir neçə əlavə bənd daxil etmək istədiyini Tehrana çatdırıb. XİN rəhbəri əlavə edib ki, həmin bəndlər öncəki danışıqlarda müzakirə olunan məsələlərlə bağlıdır.

visiontv.az