İranda terror aktları üçün nəzərdə tutulan silahlar müsadirə edilib
15.10.2026

Kermanşah əyalətində silah qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən qruplaşmanın iki üzvü saxlanılıb. Məlumata görə, qruplaşmanın üzvləri arasında həm İran, həm də qonşu ölkə vətəndaşları olub.

Tutulan şəxslərin İraqın Kürdüstan bölgəsindən İrana silah daşıdığını və bu silahların ölkə daxilində ter*ror aktlarının planlaşdırılması və həyata keçirilməsi üçün nəzərdə tutulduğunu iddia ediblər.

Əməliyyat zamanı 99 tapança, 10 Kalaşnikov avtomatı, 198 tapança darağı və müxtəlif çaplı təxminən 1700 ədəd döyüş sursatının müsadirə edildiyi bildirilib.

visiontv.az