"Reuters" agentliyinin məlumatına görə, İran hökuməti Livanın Hizbullah qruplaşmasına 200 milyon dollar ayırıb.
Hizbullah rəsmisi Əli Dəmuuş bildirib ki, qruplaşma İsraillə müharibədə evləri dağıdılmış hər bir ailəyə 14 min dollara qədər (Beyrut və ətrafında məişət əşyaları üçün 8 min, kirayə üçün 6 min dollar; digər bölgələrdə isə ümumi 12 min dollar olmaqla) dörd hissəli ödənişlə yardım edəcək.
Bu dəstək yalnız ikinci evi olmayan ailələrə şamil olunur.
ABŞ rəsmiləri Tehrandan gələn bu maliyyə ilə bağlı xəbərləri şübhə ilə qarşılayıblar.
Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrailin hücumları nəticəsində minlərlə insan həlak olub və yüz minlərlə sakin evlərindən didərgin düşüb.
visiontv.az