Son vaxtlar daxili və xarici amillərin birləşməsi İran hökumətini çıxılmaz vəziyyətə salıb.
Partlayışa hazır olan əhali, ABŞ-ın hərbi əməliyyat təhdidi, zəifləyən "müqavimət oxu", xüsusən SEPAH və başqa güc strukturlarında artan korrupsiya və idarəetmənin nəzarətdən çıxması rejimə təzyiqi artırıb.
İqtisadi tənəzzül, regional müttəfiqlərin itirilməsi, İsrail və ABŞ ilə gərginlik və geniş yayılmış ictimai qəzəb kimi amillər İranda böyük dəyişikliklər zəmin yaradıb.
Bununla yanaşı sanksiyaların rejimin neft gəlirlərini məhdudlaşdırdığı və Tehranın dekabr ayında daha da pisləşən neft satışında kəskin endirimlər təklif etmək məcburiyyəti hakimiyyətin iqtisadi cəhətdən də daha çox küncə sıxıldığını göstərir.
Tehranın həmçinin regiondakı əvvəlki əsas mövqeyindən uzaqlaşması, HƏMAS və "Hizbullah" da daxil olmaqla müttəfiqlərinin zəifləməsi onun təzyiq və təhdid riçaqlarının da əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
Bütün bunlar isə molla rejimini İslam Respublikasının tarixində misli görünməmiş bir dilemma ilə üz-üzə qoyub.
Baş verənlər və mövud vəziyyət Tehranın iki seçim qarşısında qaldlğını göstərir: Ya kapitulasiyanı qəbul edib övcud sistemi fərqli formada bir müddətdə qorumaq, ya da tarixi şərayit və hakim reallığın diktəsi ilə tamamilə məhv olmaq!
Son həftələrin diplomatiya trafiki isə rejimin birinci seçimi daha yumuşaq şəkildə qəbul etməyə hazırlaşdığına dəlalət edir.
Buna əsas maneə isə Əli Xamənei və İran Kotitusiyasında dinin mütləq hakimiyyətini təsbit edən 110-cü maddədir.
visiontv.az