Gəncədə veteran futbolçularla görüş keçirilib
12.02.2022

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Kəpəz PFK-nun veteran futbolçuları arasında görüş keçirildi. 

Görüş zamanı uşaq futbolunun inkişaf etdirilməsi üçün qarşılıqlı fikir mübadiləsi aparılmış, həmçinin Gəncədə futbolun inkişaf etdirilməsi sahəsində fikirlər söylənilmişdir.

Baş İdarə rəisi Həmid Nəsirov Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin balansında olan mərkəzi şəhər stadionun ərazisində Futbol Akademiyasının və şəhərimizin digər ərazilərində tikintisi yekunlaşmaq üzrə olan suni ot örtüklü meydançalarının bərpasını vurğulamışdır.

Veteran futbolçular daim diqqət mərkəzində saxlanıldıqlarını qeyd etmişlər və bu qayğıya görə başda cənab Prezident İlham Əliyev olmaqla, Gənclər və İdman Nazirliyinə və şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.       

Binnət İsmayılov
Visiontv.az