Zəngəzurun mülkiyyət məsələsinin heç bir tarixi və hüquqi problemi yoxdur. İstər tarixi, istərsə də hüquqi aspektdən Zəngəzur Azərbaycana məxsusdur.
1. TARİXİ KONTEKST
Zəngəzur tarixi baxımdan müxtəlif dövlətlərin və xanlıqların tərkibində olub. Qədim dövrdən 1921 - ci ilə qədər Zəngəzur daim azərbaycanlılar tərəfindən idarə edilib. Milli respublikalarının formalaşması dövrünə nəzər salaq. XVIII–XIX əsrlərdə bu ərazi əsasən aşağıdakı xanlıqların hakimiyyəti altında olub:
I. Qarabağ xanlığı (1747–1822)
XVIII əsrin ortalarında Nadir şahın ölümündən sonra Azərbaycan ərazisində müstəqil xanlıqlar formalaşdı.
Zəngəzur bölgəsi Qarabağ xanlığının tərkibində idi və burada azərbaycanlılar əksər çoxluğu təşkil edirdi. Saylarına görə ikinci kürdlər idi.
II. Naxçıvan xanlığı (1747–1828)
Zəngəzurun bəzi qərb hissələri (indiki Qafan və Mehri rayonlarının bir hissəsi) Naxçıvan xanlığının təsiri altında olub.
Bu ərazi Naxçıvan xanları və Qarabağ xanları arasında zaman-zaman nüfuz dairəsi baxımından dəyişirdi.
III. İrəvan xanlığı (1747–1827)
Zəngəzurun şimal-qərb hissəsi İrəvan xanlığının təsirində olub.
Lakin əsasən Qarabağ xanlığının nəzarətində qalan bölgələr zaman-zaman İrəvan xanları ilə mübahisəli olub.
2. Rusiya imperiyası vaxtı (XIX əsr – XX əsr)
1828-ci il Türkmənçay müqaviləsi ilə Zəngəzur bölgəsi Rusiya İmperiyasının tərkibinə daxil oldu.1905–1920-ci illərdə erməni-müsəlman toqquşmaları zamanı bölgədə azərbaycanlı əhali sıxışdırıldı.1921-ci ildə Zəngəzurun qərb hissəsi Sovet hakimiyyəti tərəfindən Ermənistan SSR-ə verildi, Şərqi Zəngəzur isə Azərbaycanın tərkibində qaldı.
3. Sovet dövrü və Zəngəzurun köçürülməsi
1921-ci ildə Sovet rəhbərliyinin qərarı ilə Qərbi Zəngəzur Ermənistan SSR-in tərkibinə daxil edildi. Bu qərar siyasi motivli idi, çünki Sovet Rusiyası bölgədə ermənilərin dəstəyini təmin etmək, Türkiyə və Azərbaycanın təsirini zəiflətmək istəyirdi. Lakin bu addım Azərbaycanın rəyi nəzərə alınmadan atılıb ki, bu da yerli çoxluğun və milli respublikanın hüquqlarının pozulmasıdır.
Təkrar edirəm. 1920- 21 ci illərdə Zəngəzurda olan 1. çoxluq azərbaycanlıların hüquqları pozulub. 2. AXC- nin beynəlxalq sərhədlərinin tərkibində olan Zəngəzur qeyri- qanuni SSR tərəfindən bir respublikanın tərkibindən çıxarılaraq digər respublikaya - Ermənistana verilib.
2) BEYNƏLXALQ HÜQUQ
Azərbaycanın Zəngəzura hüququ.
-SSR milli respublikaları bərabərhüquqlu respublikalar adlandırsa da faktiki olaraq daxildə sərhədlərin dəyişdirilməsi Federasiya Konstitusiyasının pozulmasıdır.
- XX əsrin əvvəlləri bütün dünyada milli respublikaların formalaşması vaxtıdır. 1918- 1920 ci illərdə 9.000 kv km olan Ararat Respublikası və ərazisi 114.000 kv km olan Azərbaycan Xalq Cümhuriyyəti vardı.
- Hazırda SSR rəhbərliyinin ərazilərlə bağlı verdiyi qərarlar bütün dünyada sübhə altına salınıb. Çeçenlərin, məshəti türklərinin və digərlərinin köçürülməsi ilə bağlı repatriasiya qərarları qəbul olunub. Son 10 ildə ərazilər məsələsində də yenidən baxılma proseduru başlayıb.
Krımın 1954-cü ildə Ukrayna SSR-in tərkibinə verilməsi tarixi və siyasi baxımdan mübahisəli qərarlardan biridir. SSR - nin varisi Rusiya Krımın Ukraynaya verilməsini o vaxtki rəhbərliyin cinayəti hesab edir.
Yuxarıda deyilənlər Zəngəzurla bağlı tarixi həqiqətdir və Ermənistan tarixi və hüquqi baxımdan əraziləri Azərbaycana qaytarmalıdır. Əgər qaytarmaq istəmirsə, bu, mübahisə predmetidir.
Beləliklə:
- Ermənistan Azərbaycan ilə Naxçıvan MR arasında yolu bağlayaraq qeyri - qanuni addım atır.
- Ermənistan Zəngəzurun dəhliz formasında açılmasına icazə verməyərək qeyri - qanuni addım atır.
- Ermənistan Zəngəzuru hərbləşdirir, bölgəyə silahlar yığır. Qeyri - qanuni şəkildə üçüncü dövlətləri Zəngəzura gətirib.
Göründüyü kimi Zəngəzurla bağlı məsələ müzakirə predmetidir.
Zaur Məmmədov
visiontv.az