Zaxarova Londonu hədələyib: Britaniya hərbi obyektlərini vura bilərik
07.05.2024

London Kiyevin Rusiya ərazisini Britaniya silahları ilə vuracağı ilə hədələdiyi təqdirdə, Rusiyanın Ukraynadakı və onun hüdudlarından kənarda yerləşən Britaniya obyektlərinə zərbələr endirmək hüququ var.

APA-nın  Moskva müxbiri xəbər verir ki,  bunu  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya  Zaxarova  TASS-a bildirib.

“Əgər belə bir ssenari reallaşarsa, o zaman ölkəmiz,  Rusiya Federasiyası buna uyğun cavab vermək, yəni həm Ukrayna ərazisində, həm də onun hüdudlarından kənarda yerləşən Britaniya obyektlərini – hərbi obyektləri, silahları hədəf kimi vurmaq hüququnu özündə saxlayır”, - deyə rusiyalı diplomat qeyd edib.

visiontv.az