Yerevanın diplomatik iflasının təzahürləri-politoloq İbrahim Məmmədli - VİDEO
27.10.2020

- Yerevanın diplomatik iflasının təzahürləri;

- Ermənistanın savaşa dini müharibə rəngi vermək cəhdi alınmadı.Türkiyədəki erməni icmasının patriarxı S.Maşalyan:  “Qafqazdakı faciəli hadisələr dinlərarası münaqişə deyil";

- ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçinson "MQ və yaxud tərəflərin etimad etdiyi "BAŞQA QRUP" ifadəsini işlədib;

-A.Sərkisyan NATO və Aİ-dən, Mnatsakanyan Vaşinqtondan imdad diləyərkən N.Paşinyan İRNA-ya müsahibə verib İrandan imdad diləyirdi.

- Paşinyan MQ-dan şikayət edir. Amma, 1993-cü ildə ATƏM-in (ATƏT) sədrinin regiona sülh missiyasının gedişində Ermənistan Zəngilanı işğal edərək ATƏT-i təhqir etmişdi;

- 1992-ci ildə Tehranda danışıqlar getdiyi saatlarda Ermənistan Şuşanı işğal edərək Tehrana tarixi hörmətsizlik etmişdi. İndi İrandan imdad diləyir;

- 1993-cü ildə Qubadlı şəhəri atəşkəs razılaşmasından dərhal sonra işğal olunmuşdu. Bu onların atəkəsə münasibətidir

- Ermənistan 27 il BMT TŞ-nın qətnamələrinə saymazlıq edib. İndi onlardan kömək gözləyir

Visiontv.az