Yay Olimpiya Oyunlarında iştirak etmək üçün üzərimdə çox işləməliyəm
11.09.2024

Niyə də olimpiadada iştirak etməyim? Bunu zaman göstərəcək. Təbii ki, bunun üçün üzərimdə çox işləməliyəm.

Visiontv.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medal qazanan Lamiyə Vəliyeva deyib.

Paraatlet sağlam idmançıların yarışlarına da qatıldığını bildirib:

"Hətta qazandığım naliyyətlər də olub. Bu gün mənim gözümdə problem varsa, o demək deyil ki, özümə məhdudiyyət qoymalıyam. Məqsədlərim böyükdür".

Qeyd edək ki, 22 yaşlı idmançı Paris-2024-də 100 metr məsafəyə qaçışda qızıl mükafat əldə edib. O, 400 metr məsafəyə qaçışda gümüş medala sahib çıxıb.