İranda etiraz aksiyalarının yatırılmasından sonra repressiyaların davamında Şimali Xorasan əyalətində daha 57 nəfər həbs edilib.
Bu barədə əyalət polisi məlumat yayıb.
"Saxlanılanlar vətəndaşları iğtişaşa təhrik və dəvət edənlər, həmçinin iğtişaşların təşkilatçı və liderləridirlər",- məlumatda bildirilib.
Qeyd edək ki, insan haqları təşkilatlarının bildirdyinə görə, etiraz aksiyaları zamanı və ondan sonrakı dövrdə 50 mindən çox insan həbs edilib.
visiontv.az