"Xaç atası" ilə görüş...
04.10.2024

Nikol Paşinyan Makronun sentyabrın 21-də (Ermənistanın müstəqillik günündə) İrəvana gəlmədiyini görüb, bu dəfə özü Fransaya işgüzar səfərə getdi.

Səfərin rəsmi səbəbi kimi Paşinyanın 3-5 oktyabr tarixlərində PViller-Koter şəhərində keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 19-cu sammitində iştirak edəcəyi göstərilir.

Ancaq səfərin əsas məqsədi isə Paşinyanın bölgədəki son prosesləri, İran-İsrail qarşıdurmasının Zəngəzur dəhlizi üçün yaratdığı yeni reallıqları Makronla eninə-boyuna müzakirə etmək və ondan növbəti məkrli tapşırıqları almaqdır.

Bəli, İkinci Qarabağ müharibəsindən sonra Fransa prezidentinin Paşinyanın əsas "xaç atası" və baş məsləhətçisinə çevrilməsi faktı heç kimə sirr deyil.

P.S.

Avropa siyasətinin "axsaq ördəy"i Ermənistanı da öz arxasınca siyasi-hərbi avantüralara sürükləyir.

Bəybala Mirzəyev

visiontv.az