Vaşinqton Kiyevə 60 milyard dollarlıq yardımı ayırdı: Rusiya Ukrayna cəbhəsində yeni bir mərhələ başlayır
23.04.2024

ABŞ Nümayəndələr palatası Ukraynaya 60 milyard dolların ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Bir neçə aydır ki, məhz Nümayəndələr palatasında səs çoxluğuna malik respublikaçılar Ukraynaya hərbi yardımları nəzərdə tutan qanun qəbul edilməsinə qarşı çıxırdılar. Respublikaçılar partiyası bu qanunu qəbul etməklə, bir növ öz reytinqlərini də seçki qabağı qaldırmağı hədəfləyir.

Ukraynaya yardımın qəbul edilməsində əsas faktorlar mühüm rol oynadi.

Birinci, İranın İsrailə raket hücumu. İkinci, Rusiyanın Ukraynada xeyli hərbi irəliləyişi respublikaçıları bu qanun layihəsinə səs verməsinə sövq etdi.

Artıq Ukraynaya həftə içi ATACMS raketləri, uzaq mənzilli raketlər, PATRİOT havadan müdafiə sistemlər, müxtəlif artilleriya mərmiləri xeyli sayda öldürücü və hücum silahları veriləcək. Hətta yay aylarında F16 verilməsi də reallıqlaşması mümkündür. Ötən gün NATO- Ukrayna şurasının iclasında Ukraynaya hərbi yardımların intensiv həyata keçirilməsi razılaşdırıldı.

Qeyd edim ki, Ukrayna mərmilərin qıtlığından əziyyət çəkir. Rusiyanın atdığı mərmilərin 10-1 nisbəti dəyişir. Rusiyanın 10 mərmisinə Ukrayna bir mərmi ilə cavab verir. Demək olar ki, Ukraynaya 155 mm-lik mərmilər tədarük ediləcək. Rusiyanın intensiv hücumları və Ukrayna şəhərlərini ağır bombardman etməsi Qərbi qəti qərarlar qəbul etməsinə səbəb oldu. Ukraynanın səmasının qorunması istiqamətində ciddi işlər həyata keçirləcək.

Artıq May ayının əvvəllərindən Rusiya Ukrayna cəbhəsində yeni bir mərhələ başlayır. Ukrayna havadan müdafiəni gücləndirəcək və Rusiyanın arxa eşalonlarina intensiv raket zərbələri vuracaq. Həmçinin Rusiyanın dərinliyində strateji obyektlər hədəf alınacaq. NATO baş katibi bunun üçün Ukraynaya yaşıl işıq yandırdı. Artıq Ukraynanın təşəbbüsü ələ alacağını qeyd edə bilərik. Gələn həftədən Rusiya üçün çətin və ağır itkilər başlayır. ABŞ və NATO üzvü ölkələrin verəcəyi silahlarla Ukrayna Krım körpüsünü partladacaq və yarımadaya intensiv zərbələr endirməklə, hücumlar təşkil edəcək.

Məhəmməd Əsədullazadə

visiontv.az