Ukrayna Ali Radası Bakını Ruben Vardanyanı cəzalandırmağa çağırdı
01.02.2025

Ukrayna Ali Radasının Xüsusi İstintaq Komissiyasının sədri, xalq deputatı Anna Skoroxod bəyan edib ki, Ruben Vardanyan təkcə Qarabağdakı fəaliyyətinə görə deyil, həm də Ukraynaya qarşı Rusiyanın təcavüzünü maliyyələşdirdiyinə görə cəzaya layiqdir.

Minval.az-ın məlumatına görə, o, Facebook-da qeyd edib ki, ötən il Ukrayna, Latviya, Litva və Rumıniyadan olan 120-dən çox deputat Nobel Komitəsinə birgə məktublar imzalayaraq Vardanyanın namizədlər siyahısından çıxarılmasını tələb edib, lakin komitə bu müraciətə məhəl qoymayıb.

“Vardanyan – Putinin pul kisəsi, Ukraynaya qarşı təcavüzün sponsoru və Qarabağdakı qeyri-qanuni separatçı qurumun keçmiş rəhbəridir. Ümid edirəm ki, hazırda onun üzərində məhkəmə prosesi aparılan rəsmi Bakı xatırlayacaq ki, bu adam təkcə Qarabağa görə deyil, həm də Ukraynaya qarşı təcavüzdə iştirakı və XXI əsrin əsas diktatorunu maliyyələşdirdiyinə görə cəzaya layiqdir,” – deyə Skoroxod yazıb.

O, vurğulayıb ki, Azərbaycan ona real cəza təyin etməlidir.

“Əgər ABŞ, Aİ və Ukrayna ona qarşı sanksiyalar təklif edib və ya tətbiq edibsə, Azərbaycan Vardanyana real həbs cəzası verməlidir. O, bunu müxtəlif ölkələrdə dəfələrlə sübut edib,” – deyə o əlavə edib.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8